"Neftçi" qışda Harramiz Soareşi icarəyə vermək istəyir.

Rekord.az xəbər verir ki, sonuncu dəfə nə vaxt meydançaya çıxdığını unudan fransalı futbolçu daimi oynamamasından narazıdır.

Düzdür, yüksək məbləğdə olan maaşını vaxtlı-vaxtında alır. Amma oynamaması formadan düşməsinə səbəb olur ki, futbolçunu da ən ox bu məqam narahat edir. Əldə etdiyimiz məlumata görə, bu barədə "Neftçi" rəhbərliyi ilə də danışıb və ona deyilib ki, qışda bu məsələ tam həllini tapacaq. Çünki baş məşqçi Samir Abasovla da söhbət etmək lazımdır. Əgər qışdan sonra onun planlarında Harramizə yer yoxdursa, o zaman futbolçunu icarəyə vermək daha məntiqlidir.

Qeyd edək ki, legioner futbolçunun "Neftçi" ilə 2023-cü ilin yayına kimi müqaviləsi var.