AFFA-nın təşkil etdiyi U-15 Liqasında mövsümə yekun vurulub. “Sabah” son turda “Şamaxı”nı Elgün İsaqov, İbrahim Xəlilov və Sakit Məmmədovun qollarıyla 3:0 hesabıyla məğlub edib. Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran komanda mövsümü çempion kimi başa vurub.

"Sumqayıt" FK-nın 15 yaşadək futbolçulardan ibarət komandası da uğurlu çıxışlar yadda qalıb. "Kimyaçılar" son qarşılaşmada "Kapital Bank Arena"nın ehtiyat meydançasında "Qarabağ"la qarşılaşıb. Hikmət Hüseynovun yetirmələri rəqibini Əli Qurbanov və Nadir Orucovun qolları ilə 2:1 hesabı ilə məğlub edərək, çempionatı 2-ci pillədə bitirib.