"Zirə"nin yeni baş məşqçisi Zaur Həşimov "Qarabağ"ın futbolçusu Musa Qurbanovu öz komandasında görmək istəyir.

 

Rekord.az-a daxil olan məlumata görə, Həşimov baş məşqçi Qurban Qurbanovun oğlunu icarəyə götürmək istəyir.

 

İş ondadır ki, Musa "Qarabağ"da daha çox əvəzedici komandada forma geyinir. Həşimov isə onu "Zirə"yə gətirib əsas komandada sınamaq istəyir.

 

Lakin hələlik Qurban Qurbanov bu haqda qəti qərara gəlməyib.