AIPS-in 100 illiyi olduğu üçün bu xüsusi gündür.

Rekord.az xəbər verir ki, bunu Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov idman jurnalistlərinin peşə bayramı münasibətilə qurumun keçirdiyi tədbirdə deyib.

O, idman jurnalistlərini təbrik edib:

“Bu gün Beynəlxalq İdman Mətbuatı Assosasiyasının (AIPS) 100 illiyi tamam olur. Hazırda bunu bütün dünya qeyd edir. Biz də “Zoom” platforması vasitəsilə AİPS-in mərkəzi ofisinə qoşulmuşuq. 165 ölkənin milli idman mətbuatı hazırda tədbirimizi canlı olaraq görür. AIPS-in 100 illiyi olduğu üçün bu xüsusi gündür”.

Daha sonra 2023-cü il  üçün müxtəlif nominasiyalarda ilin ən yaxşıları seçilən idman jurnalistlərinə mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, qaliblər arasında "Rekord.az"ın redaktoru Anar Xanlarov da var və o, idman saytları arasında ilin idman jurnalisti seçilib..