Ağsu rayonu növbəti mövsüm yenidən I Divizionda təmsil oluna bilər.

Rekord.az-a daxil olan məlumata görə "Ağsu"nun yenidən fəaliyyətini bərpa etməsi söhbət mövzusu deyil.

Bu məsələ çoxdan bağlanıb. I Diviziona gəlişi gözlənilən komanda "Ağsu City"dir. Hansı ki hazırda "Region Liqası"nda çıxış edir. Əldə etdiyimiz məlumata görə bir vaxtlar "Ağsu"ya sponsorluq edən "Az-Granata" şirkəti "Ağsu City"ə maliyyə ayırağa razıdır. Ağsu rayon icra hakimiyyəti də komanda üçün köməklik göstəriləcəyinə söz verib. Hər şey AFFA-nın qərarından asılı olacaq.