Dortmund "Borussiya"sı Bellinqemin komandada qalacağına ümid edir.

Rekord.az xəbər verir ki, Dortmund təmsilçisi İngiltərə millisinin üzvünə 15 milyonluq yeni müqavilə təklif etmək istəyir.

Futbolçunun bu müraciətə hansı cavabı verəcəyi məlum deyil. 

Qeyd edək ki, Bellinqemlə bir çox Avropa ölkələri yaxından maraqlanır.