Yeni mövsümdən Premyer Liqaya vəsiqə uğurunda mübarizə aparacaq "İmişli"də büdcədə də artım olub.

Rekord.az-a daxil olan məlumata görə, bu artım futbolçuların maaşında da özünü göstərəcək.

Belə ki, komandaya yeni dəvət olunan futbolçulara ötən ilki ilə müqayisədə daha yüksək maaş təklif olunur. Hətta deyilənə görə, "İmişli"də 1500-2000 manat aralığında maaş cədvəli tutulub.