Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov yeni təyinat alıb.

Rekord.az xəbər verir ki, azərbaycanlı hakim noyabrın 21-dən dekabrın 14-dək Paraqvayda keçiriləcək dünya çempionatının final mərhələsinin oyunlarında ədaləti qoruyacaq. 

Belə ki, noyabrın 22-də keçiriləcək Braziliya – Oman görüşünün hakimi İnqilab Məmmədov olacaq.