AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Uels, üç gün sonra səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin qeyd olunmuş görüşlər üçün açıqlanmış heyətində dəyişiklik baş verib.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, Almaniyanın “Proyssen” klubunun üzvü Rüfət Dadaşov dünən keçirilmiş məşqdə zədələndiyi üçün millinin heyətindən çıxarılıb.