Hücumçu Endrik "Real"ın yeni oyunçusu kimi rəsmən təqdim olunub.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı oyunçu Madrid təmsilçisində 16 nömrəli forma geyinəcək.

Futbolçu artıq tibbi müayinədən keçib və onunla 2030-cu ilin yayında başa çatacaq müqavilə imzalanıb.

Braziliyalı hücumçu təqdimetmə mərasimində göz yaşlarını saxlaya bilməyib. O, Madrid klubuna keçməyin yuxu kimi olduğunu deyib:

"Hiss etdiyimi izah etməyə sözüm yoxdur. Mən həmişə burada olmaq və "Real" üçün oynamaq istəmişəm. Bu, bir yuxudur. Mən yalnız mənim deyil, həm də ailəm üçün arzumuza çatdım. Bu, onlar üçündür”.

Qeyd edək ki, "Real"la 6 illik müqavilə bağlayan Endrik "Palmeyras"ın yetirməsidir. Gənc hücumçu Braziliya təmsilçisinin əsas heyətində 80 oyuna çıxıb, 21 qol vurub və 4 qolun ötürməsini verib.