“Real”ın sabiq prezidenti koronavirusa görə reanimasiyalıq oldu
- 18 Mar 2020 16:30
- 625
İspaniyanın “Real” klubunun keçmiş prezidenti Lorenso Şans koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, 76 yaşlı keçmiş funksionerin koronavirus testi müsbət çıxıb.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Əvvəlcə karantinə alınan Şansın vəziyyəti ağırdı və hazırda reanimasiyadadı.
Lorenso Şans 1995-2000-ci illər aralığında “Real”ın prezidenti olmuşdu.