“Sabah”dan İsayevlə yeni müqavilə
- 2022-05-26 11:46
- 432
“Sabah” FK Aleksey İsayevlə yeni müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2025-ci ilin may ayına kimidir.
Aleksey İsayev 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu müddətdə komandanın heyətində 50 oyun keçirib, 7 qola imza atıb.