Hazırda SOCAR-dan maliyyələşən yeganə komanda "Qaradağ Lökbatan"dır ki, AFFA tərəfindən idarə olunmur.

Rekord.az xəbər verir ki, "Neftçi" İdman Klubunun balansında olan bu komanda bir növü "Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqova tabedir.

SOCAR-dakı yeni rəhbərlik dəyişikliyindən sonra bu komandanın taleyi maraq doğurmaya bilməz. Əldə etdiyimiz məlumata görə, sözügedən qurumdakı dəyişikliklər "Qaradağ Lökbatan"a təsir etməyəcək. Yəni bu komanda fəaliyyətini davam etdirəcək və növbəti mövsümdə də I Divizionda çıxış edəcək.