Ştuxliki Avstriyadan gətirdilər ki Azərbaycan hakimliyinin inkişafına töhvə versin. Amma adam olan-qalan hakimləri də məhv etməklə məşğuldur. Premyer Liqaya hazır olmayan gənclərin oda atılması və səhvlərin bir-birini əvəzləməsi də bundan xəbər verir.

Rekord.az xəbər verir ki, bütün bunlar Ştuxlikin heç vecinə də deyil.

Bizə çatan məlumata görə, adamın vaxtının çoxu kef-damaqda keçir. Bakının məşhur hamamlarında həftədə 2 dəfə sauna qəbul edir və hər dəfəsində də yaxşı pul xərcləyir. Saunadan istifadə edir, müxtəlif içkilər sifariş verir və s. Hər dəfə də 700-800 manat qoyub çıxır. Hətta bizə çatan məlumata görə, yanvar ayı ərzində Ştuxlik Bakıdakı saunalara 7 min manata yaxın pul xərcləyib. Kimsə deyə bilər ki, adamın şəxsi həyatıdır niyə qarışırsınız? Qarışmırıq. Gəzsin, əylənsin kef eləsin. Amma daha öncə ona tapşırılan işi doğru yerinə yetirsin.