Tovuz Gənclər Evində "İdman hamı üçün" layihəsi çərçivəsində “Stolüstü Tennis hamı üçün” idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax -Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev çıxış edərək idmançılara "İdman hamı üçün" layihəsi çərçivəsində rayonda keçirilən müxtəlif idman növləri üzrə idman tədbirləri barədə ümumi məlumat verərək, gənclərin tennis idman növünə olan maraqlarını xüsusi qeyd edib, rayonda bu idman növünün inkişafı üçün lazımı şəraitin yaradıldığını bildirib.

Daha sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun aparıcı-məsləhətçisi Anar Fəttahovun təlimatları əsasında idman tədbiri davam edib. 32 nəfər gənc iştirak edib.Sonda idmançıların nümunəvi çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.