Ötən gün "Turan Tovuz" - "Qarabağ" matçını izləmək üçün Tovuza gedən Rekord.az əməkdaşı maraqlı mənzərənin şahidi oldu.

Belə ki, əsas komandadan kənarlaşdırılan və qışda ölkəsi Burkino Fasoya qayıtdığı güman edilən Dao Ben Azizin hələ də Tovuzda olduğunu gördük.

Əvəzedici heyətlə məşq edən futbolçu klubun futbol akademiyasında qalır, hər gün akademiyanın uşaqları ilə yemək yeyir. Klub xroniki zədədən əziyyət çəkən futbolçuya müəyyən təzminat ödəməklə müqaviləyə xitam vermək istəyir. Lakin futbolçu mövsümün sonuna kimi əvəzedici komandada olsa belə, oynamqla müqavilədə nəzərdə tutulan maaşını almağı üstün tutur. Hazırda onunla danışıqlar davam edir.