Xəbər verdiyimiz kimi, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Təmkin Xəlilzadə və İlkin Muradovu bağışlayaraq, yenidən əsas komandaya qaytarılıb. 

Rekord.az-a daxil olan məlumata görə, bağışlanmaqlarına baxmayaraq, hər iki futbolçunun maaşında azalma olacaq.

Özləri də bu qərara qarşı çıxmayıblar.

Qeyd edək ki, bundan əvvəl klub hər iki futbolçunu transferə çıxardığını və onların məşqlərini əvəzedici heyətdə davam etdirəcəyini açıqlamışdı.