21-ci əsrin bombardirləri açıqlandı
- 2023-01-20 10:30
- 245
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
Matc.az qurumun saytına istinadən xəbər verir ki, bombardirlərin siyahısına portuqaliyalı Kristiano Ronaldo başçılıq edir.
Bir müddət əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayan 38 yaşlı hücumçu 21-ci əsrdə ölkə çempionatlarında ümumilikdə 498 dəfə fərqlənib.
Onu argentinalı Lionel Messi izləyir. Fransanın PSJ klubunun üzvü həmkarından 11 top geri qalır.
İlk “10-luq” belədir:
1. Kristiano Ronaldo (Portuqaliya) - 498
2. Lionel Messi (Argentina) - 487
3. Zlatan İbrahimoviç (İsveç) - 392
4. Luis Suares (Uruqvay) - 364
5. Robert Levandovski (Polşa) - 357
6. Nikolas Munyoz (Panama) - 328
7. Aleksandar Dyuriç (Sinqapur) - 304
8. Joze Alfredo Kastilyo (Boliviya) - 289
9. Ali Aşfaq (Maldiv adaları) - 288
10. Martin Kamburov (Bolqarıstan) - 287