Məşhur Azərbaycan gimnastı, Barselona-1992 olimpiadasının qalibi Valeri Belenki yeddi illik fasilədən sonra Bakıya gəlib.

Rekord.az xəbər verir ki, “CBC Sport” əfsanəvi idmançı ilə həmsöhbət olub.

Azərbaycan haqqında danışarkən kövrələn Belenki buradakı xatirələri və gələcək planları haqqında danışıb.

Qeyd edək ki, Valeri Belenki üçqat dünya çempionudur. O, Bakıda doğulub-böyüyüb.

Azərbaycanın idman gimnastı Valeri Belenki 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarının komanda hesabında qızıl və çoxnövçülük üzrə bürünc medallarını qazanıb. 1989-cu ildə dünya çempionatının (Ştutqart) və 1991-ci ildə (İndianapolis) qızıl medallarına layiq görülüb.

Ətraflı süjeti təqdim edirik: