Bundesliqa klubunun futbolçusu koronavirusa yoluxdu
- 17 Mar 2020 20:20
- 591
Almaniyanın “Herta” klubunun futbolçusunda koronavirus aşkarlanıb.
Futbolinfo.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, adı açıqlanmayan oyunçunun testi müsbət nəticə verib.
Komandanın bu günə məşqi planlaşdırılıb, lakin futbolçu simptomlardan şikayət edib. Klub dərhal onu komandadan kənarlaşdırıb. Bütün oyunçulara və məşqçi heyətinə 14 günlük karantinin tətbiq ediləcəyi açıqlanıb.
Qeyd edək ki, Almaniya Bundesliqasının oyunları koronavirusa görə dayandırılıb. Turnirin rəsmi saytı yarışın aprelin 2-nə qədər dayandırıldığını rəsmən açıqlayıb.