İngiltərədə iki futbolçu karantin qaydalarını pozdu
- 16 Mar 2020 18:43
- 634
İngiltərənin “Çelsi” klubunun futbolçusu Meyson Maunt, eləcə də “Everton”un qapıçısı Cordan Pikford karantin qaydalarına əməl etməyib.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, Maunt "Vest Hem"in oyunçusu Deklan Rays ilə gəzintiyə çıxıb. 21 yaşlı ingiltərəli yarımmüdafiəçinin ciddi cəza ilə üzləşəcəyi vurğulanıb.
Qeyd edək ki, daha öncə "Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi koronavirusa yoluxub. Bu səbəbdən, London təmsilçisinin oyunçuları karantinə alınıb.
Pikford isə Liverpuldan 260 kilometr aralıda təşkil olunan boks turnirini izləməyə gedib. O, yerli mətbuata açıqlamasında “Everton”un tibb işçilərinin icazəsi əsasında ora yollandığını söyləyib.
Qeyd edək ki, “Everton”da da adı açıqlanmayan bir futbolçu koronavirusa yoluxub. Bu üzdən də komanda üzvləri həmin gündən karantinə alınıb.