İtaliyanın “Verona” klubunun futbolçusu Mattia Zakkani koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Zakkaninin karantinə alınacağı bildirilir.

İtaliyada koronavirusa 31,506 nəfər yoluxub, 2503 nəfər isə ölüb.