“Kəpəz” məşqləri dayandırdı
- 16 Mar 2020 15:20
- 716
“Kəpəz”in əsas komandası məşqləri dayandırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Koronavirus pandemiyasının dünyada geniş yayılması səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar olaraq “sarı-göylər”in hazırlıq proseslərinə müvəqqəti olaraq fasilə verilib.
Qeyd edək ki, bir müddət öncə klubun aşağı yaş qrupları üzrə bütün komandalarının məşqləri də qeyri-müəyyən vaxta kimi təxirə salınıb.