"Bakı"nın heyətində Azərbaycan çempionatının 2014-2015 mövsümünün bombardiri olmuş Nurlan Novruzovun çıxış etdiyi Estoniya çempionatının da gələcəyi ilə bağlı qərarsızlıq davam edir

Rekord.az xəbər verir ki, bu barədə sportinfo.az-a açıqlamasında bəstəboy hücumçu özü deyib: "Ölkədə tamam səssizlikdir. Yəqin ki, yaxın vaxtda çempionatla bağlı qərar verilər.

Ölkə sanki panikadadır. Bizə evdən çölə çıxmamağı tapşırıblar. Amma mən bəzən çıxıram(gülür) Çünki davamlı olaraq evdə oturmaq olmur"