"Liverpul" futbolçusu Corcinio Veynaldumla yeni müqavilə imzalamağa hazırlaşır.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubu 29 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini 2023-cü ilin yayına kimi uzatmaq istəyir. Bununla bağlı tərəflər arasında danışıqlar aparıldığı bildirilib.

Qeyd edək ki, C.Veynaldumun "Liverpul"la hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.