Gənclər və idman naziri Fərid Qayıbov Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində olub.

Rekord.az xəbər verir ki, nazir sözügedən məktəbin fəaliyyəti ilə tanış olub.

Burada hazırkı şəraitlə maraqlanan nazir gənc idmançılarla söhbət edib, məşqçilərlə fikir mübadiləsi aparıb.