Koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, "Neftçi” PFK böyük heyətə malik olan kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini birmüddətlik, müvəqqəti dayandırıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcək.