"Atalanta"nın futbolçusu Yosip İliçiç Çempionlar Liqasının 1/8 finalında "Valensiya" ilə cavab matçında (4:3) poker etdiyi topu Berqamodakı xəstəxanaya hədiyyə edib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. Sloveniyalı yarımmüdafiəçi bu jesti koronavirusla mübarizə aparmağa kömək edən tibb işçilərinə minnətdarlıq əlaməti olaraq edib.

"Bizim mələklərimiz, biz sizinləyik və ən vacib matçda qalib gəlməliyik" - deyə İliçiç bildirib.