Qara Qarayev “Keşlə” ilə oyunu buraxacaq
- 02 Apr 2021 19:40
- 1134
Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın zədəli yarımmüdafiəçisi Qara Qarayev məşqləri bərpa edib.
Rekord.az xəbər verir ki, bu barədə 29 yaşlı futbolçu sosial şəbəkə hesabına məlumat paylaşıb.
Millimizin düşərgəsindən zədəli qayıdan yarımmüdafiəçi, ağrı olmayacağı təqdirdə, 5-6 gündən sonra komanda ilə məşqlərə başlayacağını bildirib.
Qarayev “Qarabağ”ın Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutacaq “Keşlə” ilə oyununu buraxacaq. Aprelin 4-də keçiriləcək “Keşlə” - “Qarabağ” oyununa saat 18:30-da start veriləcək.