Rusiya Premyer Liqası da təxirə salındı
- 17 Mar 2020 18:42
- 590
Futbol üzrə Rusiya Premyer Liqası təxirə salınıb.
Rekord.az xəbər verir ki, Premyer Liqa klubları bu gün keçirilən iclasda koronavirusa səbəbindən mövsümü ən azı aprelin 10-dək dayandırmaq qərarına gəliblər.
Qeyd edək ki, Avropanın bir çox ölkəsində çempionatlar koronavirus pandemiyasına görə dayandırılıb. Rusiya Premyer Liqasında 22 turdan sonra "Zenit" klubu 50 xalla liderdi.