Dünən "Səbail"də bir ayrılıq yaşandı. Bayıl klubu Futbol Akademiyasının direktoru Yan Yaap Şmaal ilə yollarını ayırdı.

Rekord.az xəbər verir ki, ötən ilin aprelində təyinat alan 43 yaşlı niderlandlı mütəxəssis ölkəsinə qayıtmalı oldu.

Şmaal Qətərin U-12 və U-13 yığmalarına və “Əl-Haur”un U-17 komandasına rəhbərlik edib. “Aspire Academy”də skaut kimi, eləcə də Asiya Futbol Konfederasiyasının “Pro” kurslarında çalışıb. UEFA-nın “A”, Asiya Futbol Konfederasiyasının isə “Pro” kateqoriyasına malikdir.

«Səbail» bu ayrılığı müqavilə müddətinin başa çatmasıyla əlaqələndirir. Bu, rəsmi səbəbdir. Şmaalın gedişində əsas rolu maliyyə çatışmazlığı oynayıb.

O. burada kifayət qədər yüksək maaş alırdı. Qeyri-rəsmi bilgilərə əsaslansaq, aylığı 15-20 min dollar civarında idi. İndiki gündə isə bu məbləğ «Səbail» üçün çox böyükdür.

«Dənizçilər» göstərilən rəqəmi heç aparıcı futbolçularına ödəyə bilmir. Klub onunla yolları hələ 6 ay öncə ayırmağı planlaşdırsa da, buna nail olmamışdı. Niderlandlıya əlindəki müqaviləyə əsasən, təzminat vermək lazım idi ki, bu da astarın üzündən baha başa gəlməsi demək idi. (sportinfo.az)