“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampflla bağlı Rumıniya mətbuatında daha bir xəbər çıxıb.

Rekord.az xəbər verir ki, onunla bu dəfə  "Universitatya”nın (Krayova) maraqlandığı qeyd olunur.

Belə ki, klub rəhbərliyi Mirel Redoyun istefasından sonra Regekampflınbaş məşqçi postuna gətirmək niyyətindədir. Lakin "Neftçi" klubundan aldığımız məlumata görə, bununla bağlı nə kluba. nə də baş məşqçinin özünə heç kim zəng etməyib.